waplog

Elektron Təhlükəsizlik Mərkəzi «Facebook»da təhlükəsizliyin təmin edilməsi üsullarını öz saytında paylaşacaq


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi «Facebook»da informasiya təhlükəsizliyinə dair maarifləndirici kitabça hazırlayıb.

Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, sosial şəbəkələrin istifadəçilərinin sayı artdıqca onların təhlükəsizlik məsələləri də gündəmə gəlir. Sosial şəbəkə istifadəçilərinin ən çox qarşılaşdığı problemlər – hesablarının başqaları tərəfindən oğurlanması, onların adına saxta hesabların yaradılması, sosial şəbəkə vasitəsilə spam və virusların yayılması, istifadəçilərə məxsus şəkillərin xoşagəlməz şəkildə paylaşılması kimi hallardır. Yeni hazırlanan kitabda ETM «Facebook»da təhlükəsizlik məsələləri və arzuolunmaz hallarla mübarizə üsullarını qeyd edir.

ETM-dən bildirilib ki, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə hazırlanan maarifləndirici kitabça informasiya təhlükəsizliyi mövzusunda məlumatlandırma və tövsiyə xarakteri daşıyır. Kitabçanın elektron versiyası tezliklə ETM-in rəsmi internet resursunda yerləşdiriləcək.
 
Aynur Vəliyeva




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL