waplog

Caspian Mobile şirkəti "iPhone 6" və "iPhone 6 Plus"u Azərbaycanda təqdim edir


Azərbaycandakı "Apple" fanatları üçün yeni era başlayıb. "Caspian Mobile" şirkəti, hər kəsin səbirsizliklə gözlədiyi "Apple" şirkətinə məxsus yeni smartfonları Azərbaycan istifadəçilərinə həmin gün təqdim etdi.
 
 
"iPhone 6" və "iPhone 6 Plus" olmaqla, iki yeni smartfonla istifadəçiləri sevindirən "Apple" şirkəti, hər telefonda özünəməxsus xüsusiyyətlər və tam fərqli dizayn sərgiləyir.
 
 
Qeyd edək ki, "iPhone 6" və "iPhone 6 Plus" 16, 64 və 128 GB-lıq qızılı, gümüşü və tünd boz rəng versiyaları var. "iPhone 6"-nın ekran diaqonalını 4.7 və  "iPhone 6 Plus"-un isə 5.5 düym təşkil edir. "iPhone 6 Plus" smartfonu üçün ekranın təsvir ölçüsü 1920x1080 düym (1080p və ya Full HD), "iPhone 6" cihazında isə 1334x750 nöqtə təşkil edir. "iPhone 6" smartfonunun qalınlığı 6,9 mm, "iPhone 6 Plus"-da isə 7,1 mm-dir.
Yeni "iPhone" smartfonları "iOS 8" platforması ilə işləyəcək.
 
Funksionallığı  və dizaynı daha da təkmilləşən yeni "iPhone"-lar ötən şənbədən etibarən Azərbaycanda satışa çıxarılıb.
 
RƏVAN
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL