waplog

“IDC”: “Mobil ödəniş sistemləri Avropa istifadəçiləri üçün maraqlı deyil”


“IDC Financial Insights” şirkətinin analitikləri mobil ödənişlərin əsas texnologiyalarına və onların Avropa istifadəçilərinin mobil ödəniş sistemlərini mənimsəməsinin təsirinə həsr edilən hesabat təqdim ediblər.
 
Mobil qurğularla ödəniş üsullarının populyarlığının tədricən artmasına baxmayaraq məhsullar üçün əksər elektron ödənişlər hələ də ənənəvi üsullarla – brauzer vasitəsilə həyata keçirilir. Analitiklərin fikrincə, mobil ödəniş sistemlərinin gələcəyi əlavələrlə bağlıdır. Mobil əlavələr smartfonun aparat sistemi ilə işləyə bilir ki, bu da istifadə rahatlığını artırır. Lakin istifadəçilərin hamısını rahatlıq və mobil ödəniş sistemlərinin üstünlükləri maraqlandırmır. Çoxlarını nağd və kartlarla ödəniş üsulları tam qane edir və onlar bunun üçün smartfondan istifadəni istəmirlər.
 
Analitiklər qeyd edirlər ki, Avropada kontaktsız ödəniş infrastrukturunun inkişafı bankları ödəniş kartlarının emulsiyasını dəstəkləyən mobil əlavələr hazırlamağa sövq edəcək. Mobil ödənişləri öz əlavələrində inkişaf etdirmək istəyən ticarət şirkətləri hazırda yalnız “NFC” texnologiyasına aid olmayan texnologiyaları sınaqdan keçirir.
 
Məlumat üçün qeyd edək ki, “NFC” 10 santimetrə yaxın məsafədə yerləşən qurğular arasında məlumat mübadiləsinə imkan verən kiçik təsir radiuslu yüksəktezlikli simsiz rabitə sistemidir. Bu texnologiya ilə təchiz olunmuş qurğular vasitəsilə istifadəçilər kontaktsız üsulla ödəniş edir (mal və ya xidmət, nəqliyyatda gediş haqqı və s. ödənişlər), eləcə də müxtəlif mallar haqqında məlumat ala bilirlər, - "Computerworld www.osp.ru” yazır.   

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL