waplog

“Dilmanc” əsas proqrama qoşularaq istifadəçiyə əlavə imkan yaradan proqram modulunu istifadəyə verib


“Dilmanc” Azərbaycan, türk, ingilis və rus dilləri arasında tərcümə etməyə imkan verən “plugin” - əsas proqrama qoşularaq istifadəçiyə əlavə imkan yaradan proqram modulu istifadəyə verib.
 
“Dilmanc” qrupundan verilən məlumata görə, istifadəçilər bu “plugin”i düymə şəklində internet brauzerinə (Google Chrome, Mozilla Firefox) əlavə edərək “Dilmanc”ın təqdim etdiyi tərcümə imkanlarından yararlana bilərlər.
 
“Dilmanc plugin”in üstünlüyü ondadır ki, istifadəçinin tərcümə etmək istədiyi mətni kopyalayaraq “Dilmanc”ın səhifəsinə daxil olmasına, kopyalanmış mətni lazımi pəncərəyə qoymasına ehtiyac qalmır. İstifadəçi istənilən səhifədə hər hansı mətni seçərək “Dilmanc plugin” düyməsini sıxa bilər. “Dilmanc plugin” onun əvəzinə bütün prosesi icra edəcək.
 
Qeyd edək ki, “Dilmanc plugini” “Google Chrome” brauzerinə https://chrome.google.com/webstore/search/dilmanc, “Mozilla Firefox” brauzerinə  isə https://addons.mozilla.org/en-US/firefox/addon/dilmanc-translate plugin/?src=search linki vasitəsilə yükləmək mümkündür.
 
 
CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL