waplog

“Apple”ın əsas tərəfdaşı ucuz elektrik avtomobillərinin istehsalı ilə məşğul olacaq


Ən böyük elektronika istehsalçısı və “Apple”ın əsas tərəfdaşı olan Çinin “Foxconn” şirkəti ucuz elektrik avtomobillərinin kütləvi buraxılışına hazırlaşır.
 
“Foxconn” şirkətinin direktoru Terri Qu deyib ki, elektrik avtomobillərinin istehsalı Şansi əyalətində yerləşən iki zavodun istehsal obyektlərinə həvalə ediləcək. Layihəyə artıq təxminən beş milyard yuan (təxminən 811 milyon dollar) sərmayə qoyulub.
 
"ICTnews" elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, Terri Qu vəd verib ki, elektrik avtomobilinin qiyməti 15 min dolları ötməyəcək. Texniki xarakteristikaları hələ ki məlum deyil.
 
Qeyd edək, Çində elektrik avtomobillərinin hazırlanması ilə bir neçə  kiçik şəxsi müəssisə məşğul olur. Çin hakimiyyəti 2020-ci ilədək vətəndaşlarının əksəriyyətini elektrik avtomobilinə əyləşdirmək niyyətindədir.
 
Emil Hüseynov
 

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL