waplog

“Windows Phone” ilə işləyən smartfonların 40%-nə əməliyyat sisteminin yeni versiyası quraşdırılıb


“AdDuplex” reklam şirkətinin hesablamasına görə, “Windows Phone 8.1” əməliyyat sistemi “Microsoft”un platforması ilə idarə olunan mobil qurğuların 40%-nə quraşdırılıb.

“WP”-cihaz bazarında yerdə qalan hissəni “Windows Phone 8.0” (45,7%) və “Windows Phone 7” (15,2%) versiyaları bölüşdürür. Bu statistika 24 sentyabr 2014-cü il tarixinə aiddir.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklərin hesabatına əsasən, “Nokia”nın telefon biznesinə və müvafiq brendlərə sahib malik “Microsoft” korporasiyası ən çox “Windows Phone 8” platforması ilə işləyən smartfon buraxır. Dünyada “WP 8”-aparatlarının 95%-dən çoxu “Nokia” brendi adı altında satılır. “HTC”, “Samsung” və “Huawei” şirkətinin bazar payı cüzidir və müvafiq olaraq 3,1%, 1% və 0,6% təşkil edir.
 
“Nokia Lumia 520” modelinə tələbat çoxdur, sözügedən bazarın 30%-dən çoxu onun payına düşür.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL