waplog

Mobil operatorların kapital xərcləri azalacaq


Ekspertlərin proqnozuna görə, 2015-ci ildə telekommunikasiya operatorlarının rabitə avadanlığının (baza stansiyaları və s.) alınması və quraşdırılmasına ümumdünya xərcləri 2 faiz azalacaq, 2014-cü ilin yekunları üzrə müsbət (+3) qalacaq.  
 
Kapital qoyuluşunun azalmasının başlıca səbəbi kimi "Dell'Oro Group" şirkətinin analitiki Stefan Ponqrats mobil mədaxilin artımının zəifləməsini göstərir.
 
Onun sözlərinə görə, 2011-ci ildə mobil şirkətlərin ümumi gəlirləri bir il əvvəlki göstərici ilə müqayisədə 11 faiz yüksəlib. Bu il artım tempinin 2 faizə bərabər olacağı gözlənilir. Mənfi tendensiya hətta Çində də müşahidə olunacaq. 2014-cü ildə operatorların mobil rabitə xidmətlərindən mədaxili isə dünya miqyasında 7-8 faiz artacaq ki, bu da ötən ilin göstəricisindən iki dəfə azdır.
 
Avropa kapital qoyuluşuna daha çox vəsait xərcləyən ən böyük regionlardan biri olaraq qalır. Burada operatorların mobil şəbəkəyə investisiya qoyuluşlarının artımının ikirəqəmli olacağı proqnozlaşdırılır. Şirkətlər arasında daha çox "Vodafone", "Orange" və "Deutsche Telecom" investisiya yatıracaq.
 
Operatorların seçdiyi qənaət siyasətinə baxmayaraq mobil şəbəkəyə sərmayələrlə bağlı vəziyyət müsbət qalır. Analitiklər bildirirlər ki, radioşəbəkə infrastrukturunun dəstəklənməsinə xərclərin həcmi 2014-cü ilin ikinci rübündə ikirəqəmli templə artıb. Daha çox investisiya "Voice over LTE" və digər texnologiyalara yatırılıb.  
 
"Gartner" analitik şirkətinin proqnozuna görə, 2014-cü ildə dünyada mobil rabitə operatorları üçün şəbəkə avadanlığının satışı 85,4 milyard dollar təşkil edəcək ki, bu da bir il əvvəldən 3 faiz çoxdur. Yaponiya istisna olmaqla Asiyada bazarın həcminin 7 faiz, Avropa və Şimali Amerikada 6 faiz artacağı gözlənilir, - "DailyComm" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL