waplog

“Baykonur” IV İnvestisiya Forumu çərçivəsində “Soyuz U” raketdaşıyıcısının kosmosa buraxılması izləniləcək


29-30 oktyabr tarixlərində Qazaxıstanın Baykonur şəhərində, “Baykonur” IV İnvestisiya Forumu keçiriləcək.

Forum çərçivəsində kosmodromun start meydançasına ziyarət və “Soyuz U” raketdaşıyıcısının kosmosa buraxılmasına tamaşa ediləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
 
Qeyd edək ki, forum region iqtisadiyyatına investisiyanın cəlbi sahəsində aktual sualların və müzakirələrin aparılması, həmçinin, iqtisadiyyatın müxtəlif sahələrində uzunmüddətli qarşılıqlı, sərfəli əməkdaşlığın təmin edilməsi üçün geniş platformaya çevrilib.
 
Tədbirdə dövlət orqanlarının nümayəndələri, biznes-cəmiyyətlər, bank sektorunun təmsilçiləri, inkişaf institutları, milli şirkətlər, Qazaxıstanın və xarici ölkələrin elmi tədqiqat institutları iştirak edəcəklər.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL