waplog

“Philips” şirkəti 467 milyon dəyərində cərimələnib


Məişət elektronikasının istehsalı, səhiyyə və istehlak elektronikası sahəsi üçün xidmət göstərilməsi və kompleks həllər üzrə ixtisaslaşmış Hollandiyanın “Royal Philips Electronics NV” şirkəti “Masimo” tibbi avadanlıq istehsalçısına məxsus iki patentin pozulmasında təqsirli bilinib.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Delaver ştatının Federal məhkəməsi tərəfindən çıxardılmış qərara əsasən, “Philips” rəqibinə 466,8 milyon dollar məbləğində kompensasiya ödəməli olacaq. Avropa şirkətinin direktoru Frans van Hauten deyib ki, məhkəmənin qərarından təəsüf hissi keçirir və təyin edilmiş cərimənin ölçüsü onu heyrətləndirib.
 
Top-menecer bildirib ki, “Philips” bütün instansiyalara çıxarılmış qərardan şikayət edəcək.
 
Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL