waplog

13 meqapiksellik ön kameraya malik smartfon


“HTC” şirkəti 13 meqapiksellik ikiqat işıqlandırıcı ilə ön kameraya malik olan “Desire Eye” smartfonunu nümayiş etdirib.
 
Bu model arxa paneldə 13 meqapiksellik ikiqat işıqlandırıcı ilə ön kameraya malikdir. Bu orta və yüksək qiymət kateqoriyalı aparatlar üçün tipikdir.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, aparatın ön tərəfində yüksək təsvir ölçülü kameranın quraşdırılması ona əsaslanır ki, 2013-dən 2015-ci ilədək internet-telefoniya xidmətlərindən (Skype və bu tip proqramlar)  istifadə sayının illik 60-dan 160 milyonadək artımı gözlənilir.
 
“HTC” nümayəndələrinin fikrincə, kameranın keyfiyyətin artırılması və onunla işləmək rahatlığı bu növ rabitənin populyarlığını, həmçinin “şelfi” çəkilməsi üçün smartfonun cazibədarlığını yüksəldəcək.
 
Aparat Full HD (1920x1080 nöqtə) təsvir ölçülü 5,2 düymlük ekran, “Snapdragon 801” prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaşla (sonuncunu “microSD” fləş kartı ilə genişləndirmək olar) təchiz edilib. Aparatın korpusu “IPx7” standartını dəstəkləyir.
 
Emil Hüseynov
 

 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL