waplog

Dünyada "ağıllı" videoqurğuların sayı 500 milyona çatıb


“Strategy Analytics” analitik şirkətinin tədqiqatına əsasən, 2014-cü ilin ikinci rübündə internetə qoşulmuş videoqurğuların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% artaraq 500 milyona çatacaq.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, analitiklər “Smart TV” funksiyasına malik televizor, həmçinin internetə qoşulma funksiyası ilə təchiz edilmiş blu-ray pleyerlər, oyun konsolları və rəqəmli media oxuducuları bu cür qurğular sırasına aid edirlər.
 
"Ağıllı" qurğu istehsalı üzrə liderlər dördlüyündə “Sony”, “Samsung”, “Nintendo” və “Microsoft” şirkətləri qərarlaşıb, bu sahə üzrə dünya bazarının 60%-i adıçəkilən şirkətlərin payına düşür.
 
“LG” şirkəti beşinci yerdə qərarlaşıb, Cənubi Koreya şirkəti "ağıllı"  qurğuların sayını iki faiz artıraraq 32,2 milyonaçatdırıb.
 
İkinci rübün nəticəsinə görə "ağıllı" qurğular bazarında “Apple” şirkətinin bazar payı 3,8% və ya 18,7 milyon təşkil edib. “Google” şirkəti 6 milyon qurğu satıb, bazar payı 1,2% təşkil edib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL