waplog

Cari ilin üçüncü rübü MHM üçün yaddaqalan oldu


2014-cü ilin üçüncü rübü Məlumat Hesablama Mərkəzi (MHM) üçün səmərəli keçdi. Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, cari ilin 1 iyulundan tətbiqinə başlanılan əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması  işəgötürənlərin və işçilərin diqqətini “Elektron hökumət” portalına, bilavasitə “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” xidmətinə və bununla əlaqəli digər xidmətlərə yönəltdi.
 
 Qeyd olunan e-xidmət vasitəsilə əmək müqavilələrinin qeydiyyata alınması avtomatlaşdırılmış və qeydiyyata alınan müqavilələr Elektron İnformasiya Sistemində toplanılmışdır. "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" xidməti sayəsində işəgötürülən işçilərin imzalamış olduqları əmək müqaviləsini şəffaf şəkildə əldə edə bilir, bu da istifadəçi məmnuniyyətini təmin etməklə yanaşı,  vətəndaşların "bürokratiya qorxusuna" son qoyur.
 
Bu məsələ ilə əlaqədar "Elektron hökumət" portalının və Milli Sertifikat Xidmətləri Mərkəzinin əməkdaşları gərgin iş rejimində işləmişlər. Sistem yeni tətbiq edildiyi bütün müəssisələr "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" xidmətindən istifadəni öyrənməyə tələsmiş, qısa vaxt ərzində e-imza sertifikatlarını əldə etməyə çalışmışlar. Bununla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və s. yeni e-xidmətləri portala inteqrasiya edilmiş, “Mənim xidmətlərim”, “Əks-əlaqə” kimi servislər istifadəyə verilmişdir. Görülən tədbirlər nəticəsində portal istifadəçilərinin sayı dəfələrlə artmışdır.
    
 
MHM, "Easypay” MMC və Telekommunikasiya qovşaqları ilə vətəndaşların rahatlığının təmin olunması məqsədilə, rabitə xidmət haqlarının "Easypay” ödəmə terminalları vasitəsilə ödənilməsi üçün müqavilələr imzalamış və billinq sistemi yazılaraq əhalinin istifadəsinə verilmişdir. Abunəçilər "Easypay” ödəmə terminallarında telefon nömrəsini daxil etməklə bütün rabitə xidməti borclarını ayrıca  görürlər və ödəniş edə bilirlər.
 
     MHM və "Bank of Baku"nun birgə layihəsi olan "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə vətəndaş nəinki, iş yerindən arayış əldə etməyə vaxt sərf etmir, hətta elektron kredit sifarişindən də yararlana bilir. Belə bir layihə "Unibank" Kommersiya Bankı ASC ilə də hazırlanaraq, yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək. Qeyd edək ki, bu xidmətdən istifadə edən banklar da bir sıra üstünlüklər eldə etmiş olurlar.
 
 
     2014-cü ilin ikinci yarısının ilk rübü MHM-in kollektivi üçün həm də sevindirici və qürurverici hadisələrlə yadda qaldı. MHM "ISO/İEC 27001:2005” (İSO 27001) beynəlxalq standart sertifikatı əldə etdi. Qeyd edək ki,  sözügedən sertifikatın alınması istiqamətində həyata keçirilən işlərə 2012-ci ildən başlanılmış, Audit İsveçrənin beynəlxalq SGS Audit Şirkətinin (Societe Generale de Surveillance) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilmişdir.
 
 
     MHM-in əməkdaşları 11-14 sentyabr tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş "CeBİT – 2014” (Bilgi və Rabitə Texnologiyaları, Telekommunikasiya, Proqramlaşdırma, Peyk Rabitəsi, Yayım, Kabel, Televiziya və Xəbərləşmə Sektoru üzrə Beynəlxalq Sərgi və Konfrans) adlı tədbirdə iştirak etmiş, dörd gün davam edən sərgidə "Elektron hökumət” layihəsini təmsil etmiş və MHM-in verdiyi e-imza barədə ətraflı məlumat vermişlər.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL