waplog

“Azərpoçt”da Beynəlxalq Poçt Günü və Ümumdünya Poçt İttifaqının 140 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib


"Azərpoçt" MMC-də 9 oktyabr - Beynəlxalq Poçt Günü və Ümumdünya Poçt İttifaqının (ÜPİ) 140 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Bayram münasibətilə poçt işçilərini səmimi qəlbdən təbrik edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qlobal poçt sisteminin nüfuzlu təşkilatı olan ÜPİ-nin tarixinə, həmçinin Azərbaycanın bu təşkilatın üzvü kimi aktiv fəaliyyətinə nəzər salıb. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə rabitə sahəsinin, o cümlədən poçt sektorunun yeni bir inkişaf dövrünə qədəm qoyduğunu diqqətə çatdıran nazir Əli Abbasov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünya poçtuna inteqrasiya yolunda atılan uğurlu addımların və qazanılan nailiyyətlərin davamlı xarakter aldığını vurğulayıb.
 
Ümumilikdə rabitə sahəsinin tərəqqisində xüsusi payı olan korifeyləri də yada salan nazir hazırda bütün sahələrdə olduğu kimi, poçt sahəsində də gənc kadrların önə çəkildiyini qeyd edərək, aparılan gəncləşmə siyasətinə qocaman rabitəçilər tərəfindən verilən dəstəyi təqdirəlayiq hal kimi dəyərləndirib.

Nazir, həmçinin, bu gün beynəlxalq poçt mübadiləsinin həyata keçirilməsinə öz töhfələrini verən Azərbaycan poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində yerinə yetirilən bir sıra əməli tədbirlərdən də söz açıb.
 
Xüsusən "Maliyyə xidmətlərinin inkişafı"na toxunan nazir Əli Abbasov layihənin icrası nəticəsində "Azərpoçt" tərəfindən ölkə ərazisini əhatə edən şəbəkə vasitəsilə əhaliyə keyfiyyətli poçt-maliyyə xidmətlərini göstərmək üçün  şərait yaradıldığını, eyni zamanda poçt sisteminin rentabelliyinin artırılması istiqamətində qeyri-ənənəvi poçt xidmətlərinin ceşidinin daha da genişləndirilməsinin vacibliyini, xüsusən bu xidmətlərdən biri kimi, elektron kommersiyanın inkişafı üçün poçt sektorunun lazımi infrastruktura malik olduğunu qeyd edib.
 
Tədbirdə "Azərpoct" MMC-nin baş direktoru Qəmbər Bəybalayev, digər rabitəçilər də çıxış edərək, ölkəmizdə poçt sektorunun inkişaf tarixinə nəzər salıb, bu istiqamətdə həyata keçirilən işlərdən söz açıblar.
 
Tədbirin sonunda poçt sahəsinin inkişafında böyük əməyi olan bir qrup rabitəçi "Rabitə ustası" adı, "Fəxri fərman"larla təltif olunub. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL