waplog

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu növbəti qrant müsabiqəsi elan etməyə hazırlaşır


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti toplantısı keçiriləcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, toplantıda İKT sahəsi ilə əlaqəli layihələrin dəstəklənməsi üçün növbəti qrant müsabiqəsinin elan olunma tarixi və mövzusunun, fondun vəsaitləri hesabına maliyyələşdirilən layihələr üzrə monitorinqlərin aparılması qaydalarının müzakirəsi nəzərdə tutulur.
 
Qeyd edək ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 1-ci qrant müsabiqəsinin nəticələrinə əsasən 31 qalib müəyyən edilib.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL