waplog

Kənd Təsərrüfatı Nazirliyi yeni informasiya sistemi tətbiq edəcək


Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi bu ilin sonuna kimi yeni informasiya sisteminin tətbiqinə başlamaq niyyətindədir.

Nazirlikdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, nazirliyin həyata keçirdiyi layihə elektron kənd təsərrüfatının subsidiya və siyasətə dair informasiya sisteminin (SSIS) yaradılmasını nəzərdə tutur.
 
Layihə çərçivəsində proqram təminatının tərtibi, tətbiqi və idarə edilməsi, rəqəmsal məkan məlumat bazasının yaradılması və inteqrasiyası, GİS proqram təminatının hazırlanması və tətbiqi, İnteqrasiya edilmiş İdarəetmə və Nəzarət Sisteminin (İACS) prinsiplərinə əsaslanan informasiya sistemlərinin yaradılması planlaşdırılır.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL