waplog

Bill Qeyts və Stiv Balmer artıq bir-biri ilə danışmır


“Microsoft”un keçmiş baş direktoru Stiv Balmerlə şirkətin yaradıcısı  Bill Qeyts bir-biri ilə danışmır. Bu haqda “Vanity Fair” jurnalı yazıb.
 
Stiv Balmer “Microsoft”un baş direktoru kreslosuna sahibləndikdən sonra onunla Bill Qeyts arasında münasibətlər korlanıb.
 
"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, 2013-cü ildə Balmerin Finlandiyanın “Nokia” şirkətini satın almaq təklifindən sonra onlar arasında daha bir olay yaşanıb. Balmer direktorlar şurasının onun təklifini təsdiq etməyindən o qədər əmin idi ki, toplantıdan sonra şam yeməyinə qalmayaraq oğlunu məktəbi bitirməsi ilə əlaqədar təbrik etməyə gedib. Ancaq onun yoxluğunda direktorlar şurası (Qeyts də daxildir) “Nokia” şirkətini satın almaqdan imtina edib. "Balmer Qeytsin belə iştirakını xəyanət kimi qiymətləndirib" – “Vanity Fair” yazır.
 
Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL