waplog

13 yaşlı ABŞ məktəblisi Marsa uçuşa hazırlaşır


Böyük Britaniyanın “BBC” televiziya şirkəti Marsa uçacaq ilk kosmonavtlar komandasının tərkib hissəsi olmağa qərar verən 13 yaşlı ABŞ məktəblisi haqqında film çəkib. Bu barədə “The Independent” nəşri məlumat verib.  
 
Alissa Karson ABŞ Kosmik Agentliyi (NASA) tərəfindən təşkil edilmiş üç “kosmik” düşərgədə iştirak edən birinci şəxs olub. Düşərgədə uşaqlar kosmonavt hazırlığına oxşar hazırlıq keçirlər. Onun arzusu Marsa uçan ilk kosmonavt olmaqdır. Buna görə onun 4 yaşından başlayaraq həyatı bu hadisəyə hazırlıq kimi planlaşdırılıb. A.Karson “NASA”-nın profilli düşərgələri ilə yanaşı, dünyanın digər “kosmik” düşərgələrində, eləcə də texnika, elm, çətin şəraitdə dözümlüyə həsr edilən müxtəlif treninqlərdə iştirak edib. Yeniyetmə qız həmçinin mütəmadi olaraq “NASA”-nın kosmik mərkəzlərinə baş çəkir və kosmonavtlarla görüşür. Gələcəkdə A.Karson Beynəlxalq Kosmik Universitetə daxil olmağı planlaşdırır. Onun sözlərinə görə, o, Marsa indiyədək orada heç kimin olmaması səbəbindən uçmaq istəyir.
 
“NASA” nümayəndələrinin sözlərinə görə, qızın yaşı ona 2033-cü ildə Marsa yola düşəcək ilk kosmonavtların sırasına daxil olmağa imkan verir və o, məşqlərini düzgün davam etdirsə, komandaya düşmək şansı çox olacaq, - “Vokruq sveta ” yazır. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL