waplog

Çində smartfon avtobusun sərnişinin əlində partlayıb


Çinin Sıçuan əyalətinin Nançun şəhərində avtobusların birində müşahidə kamerası qadının əlində mobil telefon partlamasını qeydə alıb. “YouTube” portalında yerləşdirilmiş videoda partlayış anı aydın əks olunub. Bu haqda “The Independent” nəşri yazıb.
 
"ICTnews" elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, mobil telefonla əlaqədar növbədi fövqəladə hal bu dəfə Çində baş verib.
Müşahidə kamerasındakı kadrlardan görünür ki, avtobus sərnişinlərindən biri mobil telefonla danışdıqdan sonra qurğunun batareyasını dəyişdirməyə çalışıb. Amma o, buna nail olmayıb. Telefon partladıqdan sonra qorxmuş sərnişinlər təlaş içərisində avtobusu tərk ediblər.
 
Yerli nəşrlər  yazıb ki, bədbəxt hadisə nəticəsində heç kim zərər görməyib. Ancaq Sınçuan əyalətinin hakimiyyəti növbəti dəfə xatırladıb ki, ucuz mobil qurğuları satın almaq lazım deyil.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL