waplog

Folklor İnstitutunun nəzdində İKT təminatlı yeni studiya yaradılıb



  Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları bütün sahələrdə olduğu kimi, ədəbiyyat sahəsinə də tətbiq edilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun nəzdində  İKT təminatlı yeni studiya yaradılıb.
 
Studiya müasir informasiya texnologiyalarının tətbiqi ilə ən müasir tələblərə cavab verəcək. Akademiyadan verilən məlumata görə, artıq AMEA Rəyasət Heyətinin iclasında Folklor İnstitutunun nəzdində “Folklor studiyası”nın yaradılması haqqında qərar qəbul edilib.
 
Məqsəd folklorun toplanması və konservasiyası prosesində texniki təminatın həyata keçirilməsi, elektron informasiya bazasının zənginləşdirilməsi, yüksəksəviyyəli audio və videomaterialların hazırlanması işlərinin təmin edilməsidir.

RƏVAN
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL