waplog

Azərbaycanda 9 ay ərzində informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin həcmi açıqlanıb


Azərbaycan Dövlət Statistika Komitəsi bu ilin 9 ayı ərzində informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin statistik göstəricilərini açıqlayıb.
 
Komitədən verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 1.1 milyard manat dəyərində və ya ötən ilin 9 ayında olduğundan 12.6 faiz çox rabitə xidməti göstəriblər.
 
Rabitə xidmətinin 72.6 faizi bilavasitə əhaliyə göstərilib, mobil telefon xidmətindən əldə olunmuş gəlir 7.3 faiz artaraq 671.1 milyon manata çatıb və bütün gəlirlərin 58.8 faizini təşkil edib.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL