waplog

İKT gənc alimlər üçün prioritet sahə ola bilər


“Bu gün Azərbaycanda gənc alimlər üçün prioritet istiqamətlər energetika, İKT,  biotexnologiya, tibb sahəsi ola bilər”. Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə söyləyib.
 
Hazırda  gənc alimlərin elmi iş aparmaq üçün imkanlarının daha da genişləndiyini qeyd edən A.Əlizadə bildirib ki, son 2-3 il ərzində AMEA institutlarında, elmi təşkilatlarında və digər başqa təhsil müəssisələrində sovet dövründən qalmış cihazlar yeniləri ilə əvəz edilib.
 
“Bu isə gənc alim üçün yaradılan əsas imkandır” – deyən akademiya prezidentinin sözlərinə görə,  AMEA gənc alimlər üçün tez-tez müxtəlif həvəsləndirici layihələr həyata keçirir:
 
“Eyni zamanda, Azərbaycanda impakt indeksli elmi jurnallarda çox sayda məqalələr çap etdirən gənc alimlərə xüsusi mükafatların verilməsi nəzərdə tutulur. Bu məqsədlə AMEA büdcə vəsaiti hesabına müsabiqə elan etməyi planlaşdırır.Biz müsabiqələr elan edirik ki, gənc alimlər üçün stimul yaransın”.
 
 
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL