waplog

Azərbaycanda yeni tətbiq olunacaq “Elektron pul kisəsi” elektron imza ilə işləyəcək


Bu ilin sonuna qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) “GoldenPay” şirkəti ilə birlikdə ölkəmizdə yeni layihə olan –“Elektron pul kisəsi” layihəsinin tətbiqini planlaşdırır.
 
 
Mərkəzdən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, “Elektron pul kisəsi” texnologiyasından bütün növ elektron imza kartlarının sahibləri faydalana biləcəklər.
 
Bunun üçün “Elektron hökumət” portalı (e-gov.az) və “rabita.az” saytlarında onlayn ödəniş prosesində kartların seçimi zamanı siyahıda “VİSA/VİSA Elektron” “Master Card/Maestro” kartlarından başqa “Elektron imza kartı” da göstəriləcək. “Elektron pul kisəsi” üçün hesabın açılması MHM-də aparılacaq. Bunun üçün vətəndaş şəxsiyyət vəsiqəsini və onun adına olan istənilən növ elektron imza kartını təqdim etməli olacaq.
 
“Elektron pul kisəsi” texnologiyası, o cümlədən onun prosessinqi Məlumat Hesablama Mərkəzinin proqram təminatı əsasında aparılacaq və heç bir xarici şirkətdən asılılıq olmayacaq. Bu texnologiyanın üstünlüklərindən biri də ondan ibarətdir ki, ödəniş prosesində vətəndaş onun hesabında qalan vəsaiti dərhal görə biləcək və kart məlumatları prosessinqə avtomatik ötürüləcək.
 
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL