waplog

Yaponiyada “NFC” çipinin quraşdırıldığı qızıl üzük istehsal olunub


Yaponiyanın “TSLJ” zərgərlik məmulatları istehsalçısı brilyant qaşlarla bəzədilmiş və “NFC” çipinin quraşdırıldığı qızıl üzük təqdim edib.

Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat verib.    
Belə ki, “TSLJ” şirkəti (brend Core Jewels) növbəti həftə dünyanın “Near Field Communication” (NFC) kontaktsız məlumat mübadiləsi texnologiyasının quraşdırıldığı ilk daş-qaşlı “One” üzüyü üçün sifarişlərin qəbuluna başlayacaq.

Qurğunun qiyməti 390 min yen (3670 dollar) təşkil edir. Üzük istifadəçi tərəfindən “Bulud” servislərində şifrlənmiş məlumatlara – məsələn, şəkillərə və videolara daxil olmaq üçün parol əvəzinə istifadə oluna bilər. Bundan başqa, üzükdən “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğularda mühafizə edilən məlumatlara çıxış üçün istifadə etmək mümkündür.


Satışa dekabrın 10-da çıxarılacaq üzükdən hazırda elektron ödənişlərin həyata keçirilməsi və ya smartfonun blokdan çıxarılması üçün istifadə qeyri-mümkün olsa da, istehsalçı gələcəkdə bu imkanların daxil edilməsini düşünür.


Məlumat üçün bildirək ki, “NFC” 10 santimetrə yaxın məsafədə yerləşən qurğular arasında məlumat mübadiləsinə imkan verən kiçik təsir radiuslu yüksəktezlikli simsiz rabitə sistemidir. Bu texnologiya ilə təchiz olunmuş qurğuların köməyi ilə istifadəçilər kontaktsız üsulla ödəniş edə (mal və ya xidmətlər, nəqliyyatda gediş haqqı və s.), eləcə də müxtəlif mallar haqqında məlumat ala bilərlər, - “Lenta” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL