waplog

“Yosemite” əməliyyat sistemi istifadəçinin bir çox məlumatlarını “Apple”a ötürür


“OS X Yosemite” yeni əməliyyat sistemi istifadəçinin bir çox məlumatlarını, o cümlədən  “Spotlight”da axtarış sifarişləri və yerləşdiyi yer haqda məlumat daxil olmaqla, “Apple”a ötürür.
 
“ICTnews” xəbər xidmətinin “www.cnews.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkətlər arasında bağlanmış saziş “Apple” şirkətinə bu məlumatları almağa hüquq verir və şirkət bu məlumatları “Spotlight”ın işlərinin dəqiqliyini artırmağa imkan verir.
 
“Apple”da qeyd edirlər ki, MAC lokal diskində axtarış məlumatları şirkətə ötürülmür, digər müraciətlər isə şifrlənir.

Bu funksiya “Spotlight” qurulduqda söndürülə bilər, lakin bu edildikdə belə “Apple” istifadəçinin yerini İP-ünvana görə müəyyən edəcək.

Ekspertlər bildirirlər ki, “Spotlight”  “Yosemite”nin “Apple” ilə məlumatları bölüşdüyü bir çox funksiyalardan biridir. Digər bu cür proqramların axtarışı üzrə işlər proqramçılar tərəfindən aparılır ki, bu haqda istifadəçilərə bildirilsin.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL