waplog

“Gigabyte” 8 meqapiksellik ön kameraya malik “GSmart Mika M3” smartfonunu nümayiş etdirib (FOTO)


Tayvanın "Gigabyte" şirkəti yeni "GSmart Mika M3" smartfonunu nümayiş etdirib. Əvvəlki modellə müqayisədə yeni aparat daha qabaqcıl "şelfi" kamera və aşağı tutumlu akkumulyatorla təchiz edilib.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, qurğu 1280x720 piksel təsvir ölçülü 5 düymlük IPS sensor ekran, 1.3 QHs takt tezlikli dördnüvəli çiplə təchiz edilib və cihaza "Android 4.4 KitKat" əməliyyat sistemi quraşdırılıb.

"GSmart Mika M2" aparatı ilə müqayisədə yeni aparatda işıq diodu işıqlandırıcısına malik 13 meqapiksellik əsas kamera saxlanılıb, amma ön fotomodul təkmilləşdirilərək 8 meqapiksellik datçiklə təchiz edilib. Batareyanın tutumu 100 milliamper/saat azaldılaraq 1900 olub.






Hər iki "GSmart Mika" smartfonu 1 QB əməli və 8 QB daxili yaddaş, microSD çıxarılıb taxıla bilən daşıyıcıları üçün slot və HSPA+ modemi ilə təchiz edilib.

"Mika M3" qurğusunun ölçüləri 144x70,5x8,3 mm, çəkisi 146 qram təşkil edir.

"Gigabyte" şirkəti 2014-cü ilin sonunadək "GSmart Mika M3" smartfonunun satışlarına başlamağa hazırlaşır.

Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL