waplog

“HTC Desire 510” smartfonu Azərbaycanda satışa çıxarıldı


"HTC" şirkətinin bütün yeniliklərini Azərbaycana gətirən "Caspian Mobile" şirkəti daha bir  yeni smartfonu yerli istifadəçilər üçün əlçatan etdi. "HTC Desire 510" smartfonunu oktyabrın  26-dan etibarən Azərbaycanda əldə etmək mümkündür.

Qeyd etmək lazımdır ki, son dərəcədə yüksək sürət və zərif dizaynı özündə birləşdirən "HTC Desire 510"  smartfonu,  sevimli TV proqramları, filmləri izləmək və ya internetdə yeniliklərə baxmaq üçün ideal olan 4.7 düymlük geniş və canlı rənglərə malik ekrana sahibdir.
 
Sürəti əsas məqam olaraq düşünən "HTC", "4G" vasitəsilə istifadəçilərə sürətlə film və ya musiqi, müxtəlif oyunlar yükləmək üçün əla şans yaradır. "HTC BlinkFeed™" qısa xəbərlər və sosial media yenilənmələrinə asanlıqla çatmaq istəyənlər üçün mükəmməl bir köməkçi rolunu oynayır. 10 mm qalınlıqda və 158 qram ağırlığında olan "Desire 510"-da, 1GB RAM-a yer verilir. 8 GB daxili yaddaşa sahib olan telefonda, istifadəçilər istədiyi halda, MicroSD kart dəstəyi ilə yaddaşı artıra bilərlər.
 
 "HTC Desire 510"  ağ və boz olmaqla iki rəngdə təqdim edilir. 
 
Smartfonda  5 MP arxa kamera, VGA ön kamera, "Bluetooth 4.0", "4G LTE" dəstəyi və 2100 mAh gücündə batareya yer almaqdadır.
 
Güclü xüsusiyyətlər və zərif dizayna malik olan bu smartfonu müxtəlif satış nöqtələrindən əldə etmək mümkündür.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL