waplog

“Apple” şirkəti “iPod Classic” pleyerindən imtina edib


2014-cü ilin sentyabrında yeni “iPhone” smartfonlarının buraxılması 13 il bundan əvvəl buraxılmış “iPod Classic” multimedia pleyerinin satışlarının dayandırılması ilə müşayiət olunub. “Apple”ın baş direktoru sözügedən məhsuldan imtina səbəbini izah edib.


"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “The Wall Street Journal” nəşri tərəfindən təşkil edilmiş “WSJD Live” konfransında çıxış etmiş Timi Kuk deyib ki, şirkət artıq “iPod Classic” üçün komponentlər almır, bununla əlaqədar bu cib oxuducusunun istehsalı dayandırılıb.

"Biz iPod Classic üçün komponentləri satın ala bilmirik. Artıq onları hazırlamırlar" – baş direktor deyib. O bildirib ki, MP3 pleyer almağı arzu edənlər “iPod touch” satın ala bilər. Bu aparat 64 QB daxili yaddaşla təchiz olunub, halbuki “iPod Classic” 160 QB tutumunda musiqi məzmunu saxlamağa imkan verir.
Xatırladaq ki, birinci “iPod” 2001-ci ildə təqdim edilib.

“Apple” brendinə məxsus pleyerlərin satış həcmi çoxdan azalır. İllik hesablama üzrə “iPod” pleyerlərinin satış həcmi təxminən 25%, pul baxımından 28% azalıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL