waplog

İnformatika fənni üzrə hazırlanmış testlərin ekspertizasının təşkil edilməsi üçün İşçi Qrup yaradılmalıdır


İnformatika fənni hazırlanmış testlərin ekspertizasının təşkil edilməsi üçün İşçi Qrup yaradılmalıdır. Bu təklifi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində fəaliyyət göstərən İnformatika üzrə elmi-metodiki seminarın növbəti iclasında seminarın rəhbəri, Bakı Dövlət Universitetinin dosenti R.Mahmudzadə səsləndirib.
 
Komissiyadan bildirilib ki, iclasda informatika fənni üzrə 2015/2016-cı tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanı proqramına uyğun hazırlanmış "İnformatika" vəsaitində təqdim olunacaq test tapşırıqları bölmələr üzrə müzakirə edilib. Növbəti seminarda isə "Windows 7 əməliyyat sistemi" və "Microsoft Office 2010" proqramlarını əhatə edən yeni test tapşırığı nümunələrinin müzakirəsi keçiriləcək.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL