waplog

İTİDF müəlliflərə layihələri vaxtında təqdim etməyi tövsiyyə edir


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) ikinci qrant müsabiqəsinə 15 layihə təqdim edilib.

Fondun icraçı direktorunun müavini Azər Bayramov birinci qrant müsabiqəsində qalib gələn layihələrin Azərbaycanın İKT bazarında öz sözünü deyəcəyinə əmin olduğunu qeyd edib.

"Artıq biz ikinci müsabiqəni elan etmişik və fonda yeni maraqlı layihələr təqdim edilir".

Azər Bayramov "ICTnews" xəbər xidmətinə bildirib ki, layihələr müxtəlif sahələri əhatə edir.

"Birinci müsabiqədə olduğu kimi, bu müsabiqədə də müəlliflər öz layihələrini son günlərdə təqdim etməyə üstünlük verirlər. Bu, bəzi hallarda son anda problemlərin yaranmasına gətirib çıxara bilər. Çünki layihənin biznes planı və ya digər sənədlər düzgün şəkildə hazırlanmadığı halda fondun işçilərinin müəllifə kömək etmək üçün vaxtı qalmır. Buna görə layihə sahiblərinə bir az tələsməyi tövsiyə edərdik", - deyə o qeyd edib.

İkinci müsabiqəyə təqdim edilən layihələrin maliyyələşmə həcmi ilə bağlı sualı cavablandırarkən A. Bayramov maliyyələşdirmədə heç bir məhdudiyyətin olmadığını vurğulayıb.




 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL