waplog

Birinci qrant müsabiqəsində qalib gələn layihələrin ilk monitorinqi keçirilib


İnformasiya  Texnologiyalarının İnkişafı Dövlət Fondu birinci qrant müsabiqəsində qalib gələn layihələrinin ilk monitorinqini keçirib.

Fondun direktor müavini Azər Bayramovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, birinci qrant müsabiqəsinin ilkin mərhələsində maliyyələşən 16 layihənin monitorinqi oktyabr ayında başa çatıb.
 

"Bəzi layihələrin maliyyə hesabatları düzgün hazırlanmasına baxmayaraq, edilən kiçik nöqsanlar aradan qaldırılıb və onlar ikinci maliyyələşmə mərhələsinə keçiblər. Ümumilikdə monitorinqin nəticələrini qənaətbəxş hesab etmək olar, layihələr fonda təqdim edilən icra planına uyğun şəkildə həyata keçirilir", - deyə o qeyd edib.

A.Bayramov onu da bildirib ki, bu günədək qrant müsabiqəsində qalib gələn layihələrin maliyyələşməsinə 560 min manat ayrılıb, bu məbləğin 219 min 500 manatı artıq layihə müəlliflərinə verilib.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL