waplog

Zərgərlik şirkəti ikinci nəsil qızıl "Putinfon" nümayiş etdirib


“Caviar” zərgərlik brendi “iPhone 6” və “iPhone 6 Plus” əsasında hazırlanmış qızıl "Putinfon"un yeni versiyasını nümayiş etdirib. “Supremo Putin II” qurğularının istehsal xəttində qızıl və titan “iPhone 6”, həmçinin “iPhone 6 Plus” smartfonunun titan versiyası təqdim edilib.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, “Caviar Supremo Putin II” qızılı smartfonu onunla fərqlənir ki, Rusiya prezidentinin portreti həkk deyil, barelyef şəklində hazırlanıb. Həmçinin qurğunun arxa qapağında Rusiyanın gerbi yerləşdirilib, aşağı hissədə isə dövlət himninin sətirlərindən ibarət lövhəcik bərkidilib.


Qızılı “iPhone 6” 2800 AZN, titan versiya isə 2200 AZN-dir. Təkmilləşdirilmiş “iPhone 6 Plus” 2450 AZN təşkil edir.


Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL