waplog

“Google” şirkəti “NASA”-nın aerodromunu kirayələyib


“Google” şirkəti “NASA”-nın Moffett aerodromunu kirayələyib. Bu haqda kosmik agentliyin rəsmi saytında yazılıb.
 
"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, korporasiya uçuş zolağı və onun yaxınlığındakı anqarları 60 il müddətinə kirayələyib. “Google” buna görə 1 milyard dollar ödəyəcək. Bundan başqa, şirkət anqarlardan birinin bərpasını öz üzərinə götürüb.
 
“Google” şirkəti Moffett aerodromundan istifadə planını açıqlamayıb, amma aydındır ki, şirkət robot texnikası, aviasiya və kosmosun öyrənilməsi sahəsində texnologiyaların yoxlanılması və inkişafı üçün aerodromdan istifadə edəcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL