waplog

Azərbaycan və İran arasında sənədlər imzalandı


Noyabrın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin iştirakı ilə Azərbaycan-İran sənədlərinin imzalanması mərasimi olub.
 
Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İranın Enerji Nazirliyi arasında Anlaşma Memorandumunu İranın “Təvani” şirkəti direktorunun müavini Davud Mənzur və Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov imzalayıblar.
 
Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə İranın İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında iqtisadi və texniki əməkdaşlıq üzrə Anlaşma Memorandumunu İranın iqtisadi işlər və maliyyə naziri Əli Təyyimniyə və Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev imzalayıblar.
 
Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu, həmçinin Azərbaycan və İran hökumətləri arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi və Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov imzalayıblar.
 
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında Memorandumu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzalayıblar.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL