waplog

Elektron Təhlükəsizlik Mərkəzinin səlahiyyətləri genişləndirilə bilər


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzinin səlahiyyətlərini genişləndirmək məsələsinin üzərində işləyir.
 
Nazirliyin hüquq və insan resursları şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda internet məkanında bır sıra uşaqların psixikasına mənfi təsir göstərən, zorakılığı nümayiş edən videoçarxlar və digər arzuedilməz kontent yerləşdirilir və bu saytların bağlanmasına ehtiyac olduğu şübhəsizdir.
 
“Bütün bu videoçarxlar psixikaya dağıdıcı təsir göstərir. Bu resursların fəaliyyəti dayandırılmalıdır, çünki onların yaydığı kontent insanlığa və bəşəriyyətə qarşı olan əməlləri təbliğ edir. Lakin buna baxmayaraq Elektron Təhlükəsizlik Mərkəzi arzuedilməz kontentli saytların fəaliyyətini hüquqi nöqteyi-nəzərdən operativ şəkildə dayandıra bilmir. Çünki mövcud qanunvericilik bunun üçün məhkəmə qərarının olmasını tələb edir. Bu isə mərkəzin işini ləngidir və məhdudlaşdırır. Məhz buna görə biz nazirlik daxilində bu məsələ üzərində işlər aparır və yaxın zamanda ölkə qanunvericiliyində Elektron Təhlükəsizlik Mərkəzinin səlahiyyətlərini genişləndirmək məqsədi ilə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlamaq niyyətindəyik”, - deyə B. Məmmədov qeyd edib.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL