waplog

“Google”un direktoru Larri Peyc ilin iş adamı elan edilib


Nüfuzlu "Fortune" jurnalı "Google"un baş direktoru Larri Peyci ilin iş adamı adlandırıb. Bu haqda jurnalın rəsmi saytında yazılıb.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Apple" şirkətinin direktoru Tim Kuk reytinqdə ikinci pillədə qərarlaşıb. "Əfsanəni əvəzləməyə çalışmaq çox çətin məsələdir. Amma Stiv Cobs tərəfindən yaradılmış şirkətin direktoru vəzifəsində üç il ərzində o sübut edib ki, öz işini bilir. "Apple"ın səhmləri rekord dərəcədə yüksək səviyyədədir. "iPhone" satışlarının kəskin artması və "Mac" kompüterlərinin yenidən populyarlaşması "iPad" planşetinə tələbatın azalmasını tarazlamağa kömək edir" – jurnal yazıb.

"Gilead Sciences" əczaçılıq şirkətinin rəhbəri Con Martin dünya iş adamlarının reytinqində üçüncü olub. Onun şirkətinin təqdim etdiyi preparat hepatit xəstəliyini sağaldır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL