waplog

İKT yönümlü müasir peşələrə maraq artıb


Dünyanın yeni düzənində müasir peşələrə, eləcə də informasiya-kommunikasiya texnologiyaları sahəsinin müxtəlif istiqamətləri üzrə bacarıqlara yiyələnən mütəxəssislərə tələbat artıb.

Azərbaycanda böyüyən uşaqların  gələcəkdə seçəcəkləri peşələrlə bağlı məsələ gündəmə gəlib. Yeniyetmələrin yaşayış səviyyəsini, gələcəyini müəyyənləşdirəcək fəaliyyətin seçimində müasir peşələrin seçilməsi, bu istiqamətdə  bilik və bacarıqlarının artırılması tövsiyə olunur.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sözügedən məsələ Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumunda da səsləndirilib. Ölkə üzrə bütün şəhər və rayonları təmsil edən 350-dək uşağın qatıldığı forumda bildirilib ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, eləcə də cəmiyyətdə yeni-yeni sahələrə marağın artması müasir peşələrə olan ehtiyacın böyüməsinə səbəb olub.
 
 
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə ilk peşə-ixtisas təhsilinin inkişafı sahəsində görülən işlərlə bağlı danışaraq bildirib ki, hazırda müasir ilk peşə ixtisaslarına malik mütəxəssislərin hazırlanması bir çox ölkələrin qarşısında duran əsas problemlərdən birinə çevrilib. Son dövrdə əmək bazarında ali təhsilli kadrlarla yanaşı, müvafiq ilk peşə-ixtisas təhsilinə malik insanlara tələbat artıb.
F.Qurbanov müasir dövrün çağırışlarını əsas tutaraq, ölkəmizdə ilk peşə-ixtisas təhsili sahəsində böyük əhəmiyyətə malik layihələrin həyata keçiriləcəyini qeyd edib. Təhsillə bağlı hazırlanan yeni dövlət proqramında da ilk peşə-ixtisas təhsilinin inkişafına xüsusi diqqət ayrılıb.
 
Nazir müavini məktəblilərə tövsiyə edib ki, əmək bazarında daha çox ehtiyac duyulan müasir peşələrə yiyələnsinlər. Bu, gələcəkdə işlə təminat məsələsinin həllini asanlaşdıracaqdır.
 
 
Forumda uşaqlar üçün aktual hesab olunan 7 mövzu üzrə ekspertlərin iştirakı ilə qrup müzakirələri keçirilib.
 
 
Sonda Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumunun iştirakçıları adından Prezident İlham Əliyevə müraciət, Forumun Yekun Bəyannaməsi, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat qəbul edilib.
 
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL