waplog

Bakıda “eTwinning Plus” layihəsi üzrə əlaqələndirici seminar keçiriləcək


21-23 noyabr 2014-cü il tarixlərində Bakıda “Park İnn” mehmanxanasında “eTwinning Plus” layihəsi üzrə əlaqələndirici seminar keçiriləcək.

Tədbirdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Almaniya və Fransanın “eTwinning” layihəsi üzrə nümayəndələri, yerli və əcnəbi təcrübəli müəllimlər iştirak edəcəklər. İştirakçı ölkələrin müəllimləri layihənin uğurlu icrası üçün öz tövsiyələrini verəcək, pedaqoji innovasiyaları, uğurlu layihələrini nümayiş etdirəcəklər.
 
Qeyd edək ki, Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Mədəd Azərbaycan” təşkilatı 2013-cü ildən etibarən Avropa Şurasının maliyyələşdirdiyi “eTwinning Plus” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində Avropa İttifaqının Davamlı Təhsil Proqramının tərkib hissəsi olan “eTwinning” layihəsinin genişləndirilməsi və ölkələrarası təhsil əlaqələrinin inkişafı təmin edilir, pedaqoji işçilərə əməkdaşlıq və təhsil layihələrini reallaşdırmaq imkanı yaradılır.
“eTwinning Plus” layihəsinə Azərbaycan üzrə müvafiq bacarıqlara malik fəal və innovativ müəllimlər qoşulub.
 
Layihə çərçivəsində müəllimlər şagirdlərə yeni bilik və bacarıqları daha maraqlı, əyləncəli və səmərəli yolla əldə etməyə kömək edən virtual dərslər hazırlayırlar. Həmin müəllimlərin fəaliyyəti mütəmadi olaraq izlənilir, ən uğurlu layihələr, ən fəal müəllim və şagirdlər seçilərək mükafatlandırılır.
 
Fərqlənən müəllimlər “ eTwinning layihəsi çərçivəsində təşkil olunan müxtəlif beynəlxalq tədbirlərdə, konfrans və seminarlarda iştirak edirlər.
 
 
Seminarın sonunda bütün iştirakçılar sertifikatla təltif olunacaqlar.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL