waplog

“Ağıllı” televizor bazarı ildə 21% artacaq


Elektronika mağazalarına gətirilən televizorların əksəriyyəti internetə çıxış və şəbəkə xidmətlərinə giriş funksiyası ilə təchiz edilir. Belə qurğuları "ağıllı" (Smart TV) adlandırmaq qəbul olunub. "Futuresource Consulting" analitiklərinin yeni tədqiqatı "ağıllı" televizorlara həsr olunub.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, onların qiymətləndirməsinə əsasən, 2013-cü ildə dünya bazarına təxminən 90 milyon "ağıllı" televizor tədarük olunub. 2018-ci ildə bu məhsulun tədarük həcmi 228 milyona çatacaq.
 
"2014-cü ilin sonunda inkişaf etmiş regionlarda ev təsərrüfatının 30%-i "Smart TV"-dən istifadə edəcək, 2018-ci ilədək onların sayı 70%-dək artacaq – "Futuresource Consulting"in baş analitiki Cek Vezerill deyib. Hazırda "ağıllı" televizorların təxminən 80%-i ev internetinə qoşulub, 2016-cı ilədək bu göstərici "Wi-Fi"-ın nüfuzetməsinin artımı nəticəsində 90%-i ötəcək".
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL