waplog

“iPhone 6 Plus”da mətnin yığılma sürəti üzrə yeni rekorda imza atılıb


17 yaşlı Marsel Fernandes smartfonda mətnin yığılma sürəti üzrə öz  rekordunu yeniləyib və yenidən “Ginnesin rekordlar kitabı”na düşüb.

"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, rekorda imza atmaq üçün əvvəlki dəfə olduğu kimi “Fleksy” klaviaturası, həmçinin yeni “iPhone 6 Plus” istifadə olunub.

Əvvəlki cəhddə 160 simvoldan ibarət "The razor-toothed piranhas of the genera Serrasalmus and Pygocentrus are the most ferocious freshwater fish in the world. In reality they seldom attack a human." ifadəsini smartfonda yığmaq üçün Marsel 18,19 saniyə vaxt sərf edib.

Bu dəfə o, 17 saniyəyə bu ifadəni yığıb. Bir dəqiqə üzrə hesabladıqda onun yığım sürəti dəqiqəyə 564 simvol təşkil edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL