waplog

“Barattson” maliyyə və biznes məktəbi Bakıda "e-Business" və "e-Commerce" mövzusunda təlimlər keçirəcək


Azərbaycanda ilk dəfə “Barattson” maliyyə və biznes məktəbinin  "e-Business" və "e-Commerce" mövzusunda təlimi keçiriləcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, təlimin məqsədi iştirakçıları e-biznes və e-ticarət layihələrinin yaradılması və idarəedilməsi üzrə praktiki bilik, bacarıq və təcrübələr haqqında məlumatlandırmaqdır.

Təlimə Elektron Biznes və Elektron Ticarət layihələrinə ümumi baxış, konsepsiya, strateji planlaşdırma, ümumi texniki baxış (e-kommersiya üzrə infrastruktur, proqram təminatı, İKT internet şəbəkə), Sosial Media və Veb 2.0. texnologiyaları, elektron təhlükəsizlik (SSL), ödəniş sistemləri və əsasən e-biznes layihələrinin idarəedilməsi və qiymətləndirilməsi üzrə mövzular daxildir.
 
Səkkiz gün davam edəcək təlim çərçivəsində elektron biznes haqqında anlayış konsepsiyası, üstünlükləri və e-biznes üzrə strateji planının qurulması (praktiki olaraq istədiyiniz e-biznes ideyanı müəyyənləşdirmək), «e-biznes sistemləri üçün infrastruktur (Avadanlıq / Server), internet, veb, və Mobil Platforma anlayışları», Proqram Təminatı (Əməliyyat sistemləri, proqramlaşdırma dilləri, verilənlər bazası), Telekommunikasiyalar və internet şəbəkə (connectivity, redundancy, backup), veb hostinq xidmətləri, “Sosial Media və Veb 2.0. (SEO)”, “e-biznes proqram təminatlarında informasiyanın təhlükəsizliyi” (SSL, Digital Certificates və s.), “Məxfilik, Cinayət, Fasiləsizlik, Qəzalı bərpanın idarəedilməsi və onlayn ödəniş məsələləri”, “e-biznes layihələrinin nəzəri və praktik şəkildə idarə olunması” (veb layihənin planlaşdırma, icra və monitorinqi mövzularında məruzələr təqdim ediləcək.
 
Təlim zamanı sessiyalar üzrə müxtəlif təqdimatlar, habelə Azərbaycana xas olan real tədris nümunələrindən istifadə olunacaq və arzuladığınız real e-biznes layihələrinin işlənib hazırlanması kimi tapşırıqlar veriləcəkdir. İştirakçılar təlim materialları ilə təmin olunacaqlar. Təlim haqda ətraflı  məlumatı  internet ünvanından almaq olar.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL