waplog

“Panasonic” şirkəti “Eluga I” smartfonunu nümayiş etdirib


“Panasonic” şirkəti yeni smartfonların istehsalına davam edir. “Eluga I” modeli Yaponiya şirkətinin yeni həllidir.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, aparat 1280x720 piksel 5 düymlük IPS ekran, 1.3 QHs takt tezlikli dördnüvəli prosessorla təchiz edilib və “Android 4.4 KitKat” əməliyyat sistemi quraşdırılıb.





Telefonda ikirəqəmli kamera quraşdırılıb: əsas kamera 8 meqapiksellik matris, “Full HD” formatında videoçəkiliş funksiyası və işıq diodu işıqlandırıcısına malikdir, əlavə fotomodul isə 2 meqapiksellik təsvir ölçüsünə malikdir.

Bundan başqa, nümayiş etdirilmiş cihazı 1 QB əməli və 8 QB daxili yaddaş (microSD daşıyıcılarının köməyi ilə 32 QB-dək artırmaq olar), “3G HSPA+”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.0” və GPS simsiz rabitə modulları, həmçinin 3,5 mm-lik konnektor və FM radioqəbuledicisi ilə təchiz edilib.

Cihazın ölçüləri 73,6x147,1x9 mm, çəkisi 155 qr təşkil edir. SİM kart üçün iki slot nəzərdə tutulub. Akkumulyator batareyasının tutumu 2000 milliamper/saatdır.

“Panasonic Eluga I” modeli artıq gümüşü və ağ rəngli korpuslarda satılır. Yeni qurğu hələ ki yalnız Hindistanda 178 dollara əlçatandır.

Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL