waplog

Dronlar təyyarələr üçün təhlükə yaradır


Son zamanlar robot dronlar böyük populyarlıq əldə edib. Fotoqraflar onların köməyi ilə heyranedici şəkillər çəkir, ancaq belə görünür ki, yeni dəb təyyarə sərnişinlərinin təhlükəsizliyinə təhdiddir.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, ABŞ Federal Mülki Aviasiya İdarəsinin dərc etdiyi hesabatda son 6 ayda robot dronların səbəb olduğu 175-dən çox aviasiya qəzası xatırlanıb. 25 qəza zamanı isə dronlar təyyarə və ya vertolyotla təhlükəli yaxınlıqda olub. Belə qəzalarda pilotlar manevr edərək sərnişinlərin həyatını xilas ediblər.
 
Hazırda sözügedən idarənin üzərində işlədiyi qanun toplusu və təlimatlar robot dronların hava məkanından istifadəsini tənzimləməlidir. Sənədlər üzərində iş bir neçə il çəkə bilər.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL