waplog

“Samsung” 10 dekabrda yeni “Tizen” smartfonunu təqdim edəcək


“Samsung”un “Tizen” əməliyyat sistemi ilə işləyən yeni smartfonunun rəsmi elan tarixi Cənubi Koreya mətbuatına məlum olub. Belə aparatların satışına başlama müddəti əvvəlki kimi məlum deyil.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Maeil Business Newspaper” nəşrinə istinadən "Reuters" agentliyi bildirib ki, “Samsung” şirkəti 10 dekabr 2014-cü il tarixində Hindistanda “Samsung Z1” smartfonunu nümayiş etdirəcək. Mənbə bu qurğunu “Tizen” platforması ilə işləyən birinci smartfon adlandırıb, ancaq bu, belə deyil: “Samsung Z” adlı birinci belə qurğu yayın əvvəlində elan edilib. İstehsalçının çoxsaylı vədinə baxmayaraq, bu cihaz mağazalarda satışa çıxarılmayıb.
 
“Samsung Z1” cihazının texniki xüsusiyyətləri haqda aşağıdakılar məlumdur: 800x480 piksel təsvir ölçülü 4 düymlük ekran, 1.2 QHs takt tezlikli ikinüvəli “Spreadtrum SC7727S” çipi, 512 MB əməli yaddaş, LED işıqlandırıcıya malik 3.2 meqapiksellik kamera və 0,3 meqapiksellik matrisli ön fotomodul.
 
Telefon, eyni zamanda, iki SİM kartdan istifadə imkanına və “3G”, “Wi-Fi b/g/n”, “Bluetooth” və FM simsiz kommunikasiyalarına malik olacaq.
 
Mənbə yazır ki, “Samsung Z1” aparatının qiyməti 100 dollardan aşağı olacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL