waplog

“HP” şirkəti “MacBook Air”in rəqibini nümayiş etdirib


ABŞ-ın “HP” şirkəti korporativ müştərilər üçün nəzərdə tutulmuş “EliteBook Folio 1020” noutbukunu nümayiş etdirib. Yeni qurğu görünüşcə “Apple MacBook Air”ə oxşardır, buna görə məşhur noutbukun rəqibi hesab oluna bilər.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, təqdim edilmiş yığcam fərdi kompüterin iki versiyası (“Special Edition” və “Standard Edition”) var. Sonuncu 1920x1080 təsvir ölçülü 12,5 düymlük ekran və 1,2 kq çəkiyə malikdir. “Special Edition” modeli eyni diaqonallı, amma 2560x1440 təsvir ölçülü ekran və 1 kq çəkiyə malikdir.

“HP EliteBook Folio 1020” üçün ümumi xarakteristika ventilyatorsuz soyutma sisteminə malik “Intel Core M” prosessoru, 8 QB əməli yaddaş, 128 və ya 256 QB tutumunda sərtgövdəli daşıyıcı, “Windows 8” əməliyyat sistemi, barmaq izlərinin skaneri və zərbə və yerə düşməyə davamlı kifayət qədər möhkəm korpusla təchiz olunub. Qurğunun avtonom iş vaxtı 9 saat təşkil edir.

“HP EliteBook Folio 1020” biznes noutbukunun “Standard Edition” versiyasını 2015-ci ilin fevralında satın almaq mümkün olacaq, iki ay sonra isə “Special Edition” modelinin satışlarına başlanılacaq. Məhsulların qiyməti hələ ki açıqlanmır.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL