waplog

Stiv Voznyak “Apple”ın əfsanəvi qarajını mif adlandırıb


“Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak “Apple Computers”in yaradılma yeri hesab olunan Stiv Cobsun qarajını mif adlandırıb. Voznyak “Bloomberg Businessweek”ə müsahibəsində belə deyib.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, ötən il sentyabrın sonunda gənclik illərində Stiv Cobsun Los-Altos şəhərində yaşadığı evi tarixi abidə elan etmək təklif edilib. Hesab edilir ki, 1976-cı ildə məhz bu qarajda Stiv Cobs və Stiv Voznyak dostlarının köməyi ilə “Apple I” kompüterinin ilk 50 nüsxəsini yığıblar.

"Qarajla bağlı deyilənlər mifdir. Biz orada dizayn hazırlamamışıq, maket və ya prototip yaratmamışıq, məhsullar planlaşdırmamışıq. İstehsal prosesi, həmçinin qarajda olmayıb. Qaraj ev rolunu oynayıb. Bizim pulumuz yox idi. Pul olmadıqda, evdə işləməli olursan" – Voznyak deyib.

Voznyakın sözlərinə görə, işin çox hissəsi (dizayn, maket, quraşdırılma) “Hewlett-Packard” şirkətindəki iş yerində görülüb.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL