waplog

“ITU Telecom World 2014”-də “Dilmanc call centre” nümayiş etdirilir


Qətərin paytaxtı Doha şəhərində keçirilən “ITU Telecom World 2014” beynəlxalq sərgisində “Dilmanc” ən yeni proqram təminatını – “Dilmanc” çağrı mərkəzini (Dilmanc call centre) nümayiş etdirir.
 
“Dilmanc” qrupundan verilən məlumata görə, bu sistem Azərbaycanda insan nitqini başa düşərək ona adekvat cavab verən ilk belə sistemdir. Bu sistemin tətbiq edilməsi mövcud çağrı mərkəzlərinin məsrəflərini bir neçə dəfə azaltmağa imkan verir.
 
Bundan başqa, layihə çərçivəsində hazırlanmış digər sistemlər - nitqin-nitqə tərcüməsi, elektron lüğətlər, maşın tərcüməsi və s. nümayiş etdirilən məhsullar sırasındadır.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL