waplog

1968-ci ilin bu günü kompüter “maus”u nümayiş etdirilib


1968-ci il dekabrın 9-da Duqlas Engelbart ilk dəfə hazırladığı manipulyatoru nümayiş etdirib. Qurğu onun komandasının üzvü olan Bill İnqliş tərəfindən yığılıb.

Engelbartın nümayiş etdirdiyi “maus” ağacdan düzəldilib və bir düymədən ibarət olub. “Maus” mətn redaktəsi funksiyasına malik və hiperistinaddan istifadəyə imkan verən NLS sistemində nümayiş etdirilib.

Alim “maus”un ixtirasına görə heç bir mükafat almayıb, çünki patentin müddəti fərdi kompüterlərin populyarlaşmasından öncə bitib.

Qeyd edək ki, “maus” qurğusu 1964-cü ildə ixtira edilib, onun sələfi kimi qəbul olunan qurğular isə 50-ci illərdə yaradılıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL