waplog

Dünyada orta aylıq əməkhaqqı 1,6 min dollara yaxındır


Beynəlxalq Əmək Təşkilatının (BƏT) "2014-2015-ci illərdə dünyada əməkhaqqı" hesabatında bildirilir ki, 2013-cü ildə orta aylıq real əməkhaqqı ötən ilə nisbətən 2 faiz artıb. Bu barədə BMT radiosu məlumat verib.

 
İnkişaf etmiş ölkələr qrupunda real əməkhaqqının səviyyəsi, demək olar, dəyişməz qalıb, lakin Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində məvacib artımı təxminən 6 faiz təşkil edib. BƏT ekspertləri qeyd edirlər ki, müxtəlif ölkələrdə əməkhaqqının səviyyəsini dəqiq müqayisə etmək çox çətindir. Amma alıcılıq qabiliyyəti perimetri üzrə belə nəticəyə gəlmək olar ki, inkişaf etmiş ölkələrdə əməkhaqqı 3 min dollara yaxındır, inkişaf etməkdə və iqtisadiyyatı formalaşmaqda olan ölkələrdə isə bu göstərici 1 min dollar qiymətləndirilir. BƏT-in məlumatına görə, ümumdünya orta aylıq əməkhaqqı təxminən 1,6 min dollar təşkil edir, - "1News"  yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL