waplog

İlk milli peykin geostasionar orbitə buraxılışı son 5 il ərzində qazanılan 10 ən mühüm uğur sırasına daxildir


Son 5 il ərzində ölkəmizin əldə etdiyi 10 ən mühüm uğur siyahısında ilk yerlərdə Azərbaycanın birinci telekommunikasiya peyki “Azerspace-1”-in geostasionar orbitə buraxılışı və ölkənin hərbi qüdrətinin artırılması dayanır.
 
 Bu qənaət Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən GİN-in rəsmi saytında yer alan və davam etməkdə olan səsvermənin hazırkı nəticələrinə əsaslanır. Nəticələrə görə, hər iki istiqamət üzrə onlayn sorğu iştirakçılarının verdiyi cavab 10.4 faiz təşkil edib. “Son 5 il ərzində ölkəmizin əldə etdiyi 10 ən mühüm uğur hansılardır” sualı üzrə cəmi səslər artıq 164-ə çatıb.
 
Səsvermənin digər istiqamətlərinə gəlincə, sorğu iştirakçılarının cavabları “2015-ci ilin Avropa oyunları” üzrə 5.5, “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi” üzrə 9.1, “Gənclər Fondunun yaradılması” üzrə 12.8, “TANAP layihəsi” üzrə 7.3, “Qaz layihələri” üzrə 3, “ASAN xidmət”i üzrə 5.5, “Azərbaycanın donor ölkəyə çevrilməsi” üzrə 4.3, “Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi” üzrə 1.8, “Eurovision 2012” üzrə  4.9, “Enerji təhlükəsizliyinin təmin edilməsi” üzrə 9.8, “Dayanıqlı iqtisadiyyatın təmin edilməsi” üzrə 6.7, “Regionların inkişafı” üzrə 4.9, “Ramil Səfərovun ölkəyə ekstradisiyası” üzrə 3.7 təşkil edir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL