waplog

“Financial Times” “Apple”ın baş direktorunu ilin adamı adlandırıb


"Financial Times" (FT) nəşrinin versiyasına görə, "Apple"ın baş direktoru Tim Kuk ilin adamı elan edilib.
Nəşr yazır ki, Tim Kuk "Apple" şirkətinin əfsanəvi yaradıcısı Stiv Cobsun kölgəsindən çıxmağa nail olub.

Kukun rəhbərliyi dövründə ABŞ şirkəti yeni məhsullarını ("Apple Watch" və "Apple Pay") təqdim etməklə innovativ ruhunu geri qaytarıb.

"ICTnews" elektron xəbər xidməti "unian.ua" saytına istinadən bildirir ki, "FT" yazıb ki, "Apple"ın maliyyə uğuru və yeni texnologiyaları Tim Kuku ilin adamı elan etmək üçün kifayət edib.
Xatırladaq ki, 2010-cu ildə Stiv Cobs, həmçinin bu mükafata layiq görülüb.


Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL